Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.
LİVE.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.
Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.
TƏBİB də Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb. Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub və ünvanda həkiməqədər ölüm qeydə alınıb.
Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.
C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.