IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır.


Bu barədə IMF-in icraçı direktoru Kristalina Georgiyeva "X" sosial şəbəkəsindəki hesabında yazıb.


"Azərbaycanın maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəızi Bankının (AMB) sədri Taleh Kazımov və COP29-un prezidenti Muxtar Babayev ilə möhtəşəm görüş baş tutub. Biz Azərbaycanın inkişaf və iqlim hədəflərinə dəstək verməyə və noyabrda Bakıda COP29-un uğurlu keçirilməsi üçün işləməyə qərarlıyıq", - K. Georgiyeva qeyd edib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri