Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib



Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.


Bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.


Görüşdə “15-ci Petersberq İqlim Dialoqu”nun təşkilatçısı kimi Almaniya tərəfinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, dialoq bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) istiqamətində həlledici addımdır.



Şərhlər
Siyasət bölməsinin xəbərləri