AŞ Gürcüstanı Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır

Avropa Şurası Gürcüstan hakimiyyətini Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır.


Bu barədə qurumun baş katibi Mariya Peyçinoviç-Buriç bildirib.


“Avropa demokratik və insan haqları standartlarına uyğunluğu ilə bağlı narahatlıqları nəzərə alaraq, mən gürcü qanunvericilərini Venesiya Komissiyasının rəyini gözləməyə və yekun qərar qəbul etməzdən əvvəl onun tövsiyələrini nəzərdən keçirməyə çağırıram”, - Baş katib deyib.


Qeyd edək ki, Gürcüstanın Baş naziri bir gün əvvəl elan edib ki, qanun üçüncü oxunuşda qəbul olunacaq.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri