Heydər Əliyev prospektində "Mitsibushi Pajero" 63 yaşlı piyada qadının həyatına son qoyub
- 01.09.2013, 03:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, "Koroğlu" metro stansiyasının yaxınlığında "Mitsibushi Pajero" markalı "90 NJ 808" dövlət nömrə nişanlı avtomobilin sürücüsü Novruzov Vahid Vaqif oğlu 1950-ci il təvəllüdlü Həsənova Tamara Aleksandr qızını vurub. Hadisə şahidlərinin verdiyi məlumata görə, yaxınlıqdakı metro keçidindən istifadə etməyən piyada yolu keçmək istəyərkən vurulub. Qəza nəticəsində piyada hadisə yerindəcə ölüb. Onun meyiti ekspertiza olunmaq üzrə 1 saylı şəhər Klinik Xəstəxanasına aparılıb.
Hadisə yerində araşdırma aparan Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kənan Rzayev APA TV-yə bildirib ki, keçiriləcək avtotexniki ekspertizadan sonra qəzanın günahkarı müəyyən olunacaq. Hadisə ilə bağlı araşdırma aparılır.