HƏMAS-ın Qəzzada razılaşdığı atəşkəs təklifinin detalları açıqlanıb

HƏMAS hərəkatının Qəzza zolağında razılaşdığı atəşkəs təklifinin detalları açıqlanıb.


Bu barədə "Əl-Cəzirə" telekanalı mənbələrə istinadən məlumat yayıb.


Telekanal bildirir ki, atəşkəs İsrail qüvvələrinin anklavdan çıxarılmasını və blokadanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur.


Qətər və Misirin vasitəçiliyi ilə irəli sürülən təklif hər biri 42 gün davam edəcək üç mərhələdən ibarət nizamlanmanı nəzərdə tutur.


İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza ilə bağlı danışıqlar üçün bütün variantları nəzərdən keçirdiyini bildirib.


Qeyd edək ki, HƏMAS Qəzzada atəşkəs razılaşması təklifi ilə razılaşıb. Hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamelə zəng edərək, hərəkatın atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib.

Şərhlər
Dünya bölməsinin xəbərləri