"Qaya" Dövlət Ansamblının bədii rəhbəri, istesadlı saksafon ifaçısı Fərid Mailov çoxdan gözlənilən layihəsini dinləyicilərə təqdim edib.
Live.az xəbər verir ki, istedadlı musiqiçi Fərid Mailov bəstəsi Sevil xanım Əliyevaya məxsus olan "Qayıt əzizim" adlı mahnıya yeni nəfəs verib.
Mahnlya klip də çəkdirən Mailov, öz doğum günündə layihəsini izləyənlərin ixtiyarına verib.
Musiqiçi açıqlamasında "Bu layihə 2024-cü ilin yanvar ayında start götürüb. Mahnıya istedadlı aranjemançı Tərlan Məmmədli yeni nəfəs verdi. Klipi daha tez də təqdim edə bilərdim amma istədim ki, doğum günümdə həm özümə, həm dinləyicilərə hədiyyə olsun" deyə bildirib.
Qeyd edək ki, Fərid Mailov Bakı musiqi Akademiyasını klarnet uzre ifaçılıq fakultesini qırmızı diplomla bitirib. 1995 ilde əfsanəvi "Qaya" kvartetinin solisti Rauf Babayevin yaratdığı "Bəri Bax" vokal ansamblında fəaliyyətə başlayıb. Hazırda "Qaya" Dövlət ansablının bədii rəhbəri vəzifəsində çalışır. Bir çox dövlət tədbirlərində çıxış edən Mailov, eyni zamanda dünyaca məşhur festivalların qalibidir.