Uzun illərdən sonra “Unut məni”, “İndi sənsiz”, “Gecələr”, “Onun xəstəsiyəm”, “Ayrılıq beləmi olur”, “Dahi”, “Sən Qalibsən” kimi populyar mahnıların müəllifi, şair-bəstəkar Xanım İsmayılqızı sevənlərini Heydər Əliyev Sarayında “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsinə dəvət edir.
Yaradıcılıq gecəsi 4 iyun saat 19.00-da baş tutacaq.
Gecənin iştirakçıları Faiq Ağayev, Röya, Nazpəri Dostəliyeva, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Teyyub Aslanov, Fərqanə Qasımova, Mətanət İsgəndərli, Abbas Bağırov, Lalə Məmmədova, Rəşad İlyasov, Elnarə Xəlilova, Elnur Hüseynov, Dilarə Kazımova, Çinarə Məlikzadə və başqaları olacaqlar.
Gecənin aparıcısı Leyla Quliyevadır, rejissoru isə Nail Naiboğlu olacaq.