Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


Live.az-ın məlumatına görə, 35 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.


Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) M.Stadnik Paris-2024-ə vəsiqə əldə edib.


Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) yarışın ilk günündə lisenziyaya sahib çıxıblar.

Şərhlər
İdman bölməsinin xəbərləri