Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 1,6 %, 2025-ci ildə 3,8 %, 2026-cı ildə isə 4,2 % səviyyəsində olacağını proqnozlaşdırır.
Şirkətin açıqladığı proqnozlara xəbər verilir ki, bu il üçün açıqlanan yeni proqnoz aprel ayındakı gözləntilərə nisbətən 1,5 faiz bəndi azalıb, gələn il üçün dəyişməyib.
Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 1,3 %, ikinci rübdə 0,1 %, üçüncü rübdə 1,3 %, dördüncü rübdə isə 2,6 % səviyyəsində gözlənilir.
2025-ci ilin birinci rübündə isə Azərbaycanda orta illik inflyasiya 3,5 %, ikinci rübdə 4,1 %, üçüncü rübdə isə 3,9 % nəzərdə tutulub.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.
Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, aprel ayında ötən ilin eyni ayına nisbətən 100 %, aprel ayında əvvəlki aya nisbətən 99,9 % təşkil edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 %-ə qədər azalacağını, 2025-ci ildə 5 %, 2029-cu ildə isə 4 % səviyyəsində olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 4 % təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində gözlənilir.
Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə 6,5 %-dək yüksələcək.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin bu il Azərbaycanda inflyasiya ilə bağlı gözləntilələri isə 3,5 % səviyyəsindədir.
live.az, report