Suriya müxalifəti ABŞ-ın zərbəsindən dərhal sonra Dəməşqə irimiqyaslı hücum planlaşdırır
- 01.09.2013, 13:41,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Suriya müxalifəti ABŞ-ın gözlənilən zərbəsindən dərhal sonra paytaxt Dəməşqə irimiqyaslı hücuma keçməyi planlaşdırır.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ərəb mətbuatı müxalifətdəki mənbələrinə istinadən məlumat yayıb.
“Suriya müxalifəti və onun hərbi liderləri ABŞ-ın hava zərbəsindən dərhal sonra Dəməşqə irimiqyaslı hücum başlamağı planlaşdırır. Hücumun məqsədi – Dəməşq şəhərini nəzarətə götürmək və prezident Bəşər Əsədin devrilməsidir”, deyə mənbə qeyd edib.
Müxalifətin məlumatına görə, silahlı dəstələr Dəməşqin Əl-Kalmun rayonunda və Suriyanın şimalında xeyli silah-sursat toplayaraq ABŞ-ın hücumundan dərhal sonra paytaxta girməyə cəhd edəcək.
Suriya Silahlı Qüvvələr isə havadan müdafiə sisteminin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini və hərbi müdaxilə baş verdikdə istənilən növ hava hücumunu dəf etməyə hazır olduğunu bəyan edib.
Suriyanın baş naziri Vail Halki ötən gün Qərb ölkələrinin münaqişəyə müdaxilə ehtimalını şərh edərkən deyib ki, Suriya ordusu bütün çağırışlara cavab verməyə hazırdır. “Ordu səfərbər olunub. Ordu istənilən çağırışları və ssenariləri qarşılamağa hazırdır”, deyə baş nazir bəyan edib.