Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd olub



Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən yazıçı Yuray Çintulanın oğlu hadisədən sonra danışıb.


Bu barədə Slovakiyanın “Aktuality” nəşri məlumat yayıb.


Onun sözlərinə görə atası ona Baş naziri öldürmək planları barədə heç nə deməyib:


“Atamın nə planlaşdırdığı, bu hadisənin nə üçün baş verdiyi barədə heç bir fikrim yoxdur”.


O, atasının qanuni olaraq odlu silaha sahib olduğunu etiraf edib.



///

Güllələnən Baş nazirin vəziyyəti açıqlandı




///


Bu gün silahlı insident zamanı yaralanan və xəstəxanaya çatdırılan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti açıqlanıb.


Bu barədə məlumatı “Plus SK” yayıb.


Bildirilir ki, hazırda Fitsonun vəziyyəti ağırdır. O, qarın və döş qəfəsindən olmaqla bir neçə nahiyədən yaralanıb.


///


Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən şəxsin kimliyi məlum olub.


“Qafqazinfo” “Dennik. N” nəşrinə istinadən xəbər verir ki, onun Leviçe şəhərindən olan 71 yaşlı kişi olduğu bildirilir.


Məlumata görə, həmin şəxs əlində olan qısa lüləli tüfəngdən atəş açıb.


Polis sui-qəsddən sonra onu saxlayıb.


///


Yerli nəşrin məlumatına görə, şübhəli şəxs yazıçı və şair, DÚHA ədəbi klubunun yaradıcılarından biri, Proqressiv Slovakiya partiyasının tərəfdarı Yuray Çintuladır.


Ölkənin hüquq-mühafizə orqanları hələ ki, hücum edən şəxslə bağlı rəsmi məlumat verməyib.



///


Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb.


59 yaşlı siyasətçi xəstəxanaya çatdırılıb.


Fitsonun qarnından yaralandığı, atəş açan şəxsin isə saxlanıldığı bildirilir.


İlkin məlumata görə, hadisə Slovakiya Nazirlər Kabinetinin iclasından sonra baş verib. Belə ki, Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə atəş səsi eşidilib. 


Qeyd edək ki, R.Fitso 2023-cü ildən Slovakiyanın Baş naziridir. O, bundan əvvəl 2006-2010 və 2012-2018-ci illərdə də bu vəzifəni icra edib. 



live.az, qafqazinfo

Şərhlər
Dünya bölməsinin xəbərləri