Azərbaycanın kənd təsərrüfatının daha yüksək temperatur və aşağı su təminatına qarşı iqlimə davamlı olması vacibdir.
Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, resursların 30-50 %-ni itirilməsi probleminin yaşandığı ölkədə su təhlükəsizliyinə sərmayə qoymaq indi həyati əhəmiyyət kəsb edir və gələcək dayanıqlılıq üçün daha da əhəmiyyətlidir.
"Məhsuldarlılığı, iqlimə dayanıqlılığı artırmaq və emissiyaları azaltmaq üçün iqlimə uyğun "ağıllı kənd təsərrüfatı" təcrübələrinin tətbiqi, xüsusən də iri kommersiya təsərrüfatlarında artıq belə sistemlər mövcuddur.
Dövlət siyasəti hazırda kənd təsərrüfatında mühüm rol oynayan kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilməlidir.
Əsas həllər arasında kənd təsərrüfatının karbon emmissiyasını azaltmaq üçün günəş enerjisi ilə işləyən nasoslar, bioqaz istehsalı və suyun səmərəliliyi tədbirləri daxildir. Suvarma sistemlərinin bərpası və modernləşdirilməsi, su məhsuldarlılığın yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir və 2060-cı ilə qədər təxminən 16 milyard ABŞ dolları investisiya tələb edir"