İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb.


Videonu İranın SNN telekanalına istinadən RT telekanalı paylaşıb.


Hazırda dövlət başçısının vəziyyəti ilə bağlı məlumatlar dəyişir. Hələlik rəsmi məlumat verilməyib.


Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.


İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri