Türk dünyasının xalq yaradıcılığı musiqisinin tanınmış ismi Ali Kınık Bakıda konsert proqramları ilə çıxış etdi

Türk dünyasının xalq yaradıcılığı musiqisinin söz yazarı və bəstəkarı Ali Kınık Bakıda “Yalnız değilsin” adlı solo konsert proqramı ilə çıxış edib.
Konsert  “Yaz Media Group”un təşkilatçılığı ilə, Müəllif Hüquqları Uğrunda” İctimai Birliyin və “Z Company-2007” təşkilati dəstəyi ilə 24 may tarixində Heydər Əliyev Sarayında baş tutub.

Azərbaycana ilk dəfə gələn Ali Kınık yazdığı və bəstələdiyi əsərlərlə türk dünyasını tərənnüm edən ən güclü sənətkar kimi tanınır. Ali Kınık Yalnız Değilsin, Kurtlar Sofrası, Tanrının Ordusu,Türkün Gücü ,Koca Reis, Ali Ayşeyi Seviyor və s. əsərlərin müəllifidir. Bu əsərlər Ali Kınıkın ilk Bakı konsertindədə yer alıb və tamaşaçıların tərəfindən çox bəyənilib.


Konsertdə Ali Kınıkla birgə 30 şəhid övladından ibarət ” Zəfər sədası” uşaq xor qrupunun ifasında ”Türk övladı” ( musiqi: Gövhər Həsənzadə)  mahnısının təqdimatı baş tutub. Gecə böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.







Şərhlər
Şou-biznes bölməsinin xəbərləri