Əfsanəvi boksçu Mayk Taysonun təyyarədə halı pisləşib

Əfsanəvi amerikalı boksçu Mayk Tayson təyyarə ilə səyahət edərkən halı qəflətən pisləşib.


57 yaşlı dünya çempionunun olduğu təyyarə ABŞ-nin Los Anceles şəhərindən Mayamiyə uçarkən onun səhhətində problem yaranıb.


Hadisədən dərhal sonra M.Taysona zəruri tibbi yardım göstərilib və onun vəziyyəti stabilləşdirilib.


Qeyd edək ki, "Dəmir Mayk"ın iyunun 20-də məşhur bloqqer Ceyk Pola qarşı döyüşü olacaq.



"Report", "The New York"

Şərhlər
İdman bölməsinin xəbərləri