Çin zondu Ayın əks tərəfində süxur nümunələri toplayaraq havalanıb

Tarixdə ilk dəfə Ayın əks tərəfindən süxur toplamış Çinin “Çane-6” zondu Yer kürəsinin peykindən havalanıb.


Bu barədə ölkənin “Xinhua” agentliyi məlumat yayıb.


“Çərşənbə axşamı səhər Çinin “Çane-6” zondu insanlıq tarixində ilk dəfə olaraq Yerin təbii peykinin əks tərəfindən toplanmış süxur nümunələri ilə Ayın səthindən havaya qalxıb. “Çane-6” uçuş modulu Ay ətrafındakı əvvəlcədən müəyyən edilmiş orbitə daxil olub”, – məlumatda diqqətə çatdırılıb.


Xatırladaq ki, daha əvvəl sözügedən zondun Ayın əks tərəfindəki Cənub Qütbü-Eytken bölgəsinə endiyi bildirilmişdi.

Şərhlər
Dünya bölməsinin xəbərləri