Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniyanın "Real" klubu ilə 5 illik müqavilə imzaladıqdan sonra dünyanın ən bahalı futbolçusu olub.
LIVE.az xəbər verir ki, “Football Benchmark” bununla bağlı siyahı təqdim edib.
Mbappenin dəyəri 244 milyon avro qiymətləndirilib. Siyahıda ikinci pillədə Madrid klubunun digər futbolçusu Cud Bellinqem qərarlaşıb. İlk “3-lüy”ü isə İngiltərənin Mançester Siti” klubunun üzvü Erlinq Holann qapayıb.
“Football Benchmark"a görə ilk “10-luq”:
1. Kilian Mbappe (“Real”, İspaniya) – 244 milyon avro
2. Cud Bellinqem (“Real” İspaniya) – 187,8 milyon avro
3. Erlinq Holann (“Mançester Siti”, İngiltərə) – 186,6 milyon avro
4. Vinisius Junior (“Real”, İspaniya) – 176,2 milyon avro
5. Fil Foden (“Mançester Siti”, İngiltərə) – 150 milyon avro
6. Bukayo Saka (“Arsenal”, İngiltərə) – 142,7 milyon avro
7. Camal Musiala (“Bavariya”, Almaniya) – 130,7 milyon avro
8. Florian Virtz (“Bayer 04”, Almaniya) – 123,5 milyon avro
9. Rodriqo (“Real”, İspaniya) – 121,2 milyon avro
10. Deklan Rays (“Arsenal”, İngiltərə) – 117,9 milyon avro