Türkiyənin məşhur müğənnisi Sefo Bakıda konsert verib

Türkiyənin məşhur müğənnisi Sefo Bakıda konsert verib

7 iyun tarixində Türkiyənin tanınmış müğənnisi Sefo Jolly Joker Bakı səhnəsində canlı və xüsusi hazırlanmış proqramı ilə pərəstişkarlarına unudulmaz gecə yaşadıb.

Sefonu səhnədə canlı orkestr və rəqs qrupu müşaiyət edib.

Hatırladaq ki, bu müğənninin Bakıda ikinci böyük solo konsertidi.

Sefo gecədə sevilən mahnılarını səsləndirib.

Konsertdə "Isabelle" , "Toz duman" , "Bilmem mi?" və digər ifaları yer alıb.

Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb. 

Həmçinin Sefo təyyarədən görüntü paylaşaraq ana dilimizdə “Yenidən görüşərik, Bakı” şərhini yazıb.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri