Bu ilin yanvar-may aylarında şəhərətrafı və ölkədaxili qatarlarla 3,3 milyon sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb.
LIVE.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur.
"ADY-nin yeni alınmış qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrin artımına səbəb olacaq.", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ADY 2023-cü ildə ilk dəfə ərzində 7 milyon sərnişin daşıyıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfə çoxdur.