Azərbaycan mayda OPEC kvotasını 83,6 % istifadə edib

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub.


LIVE.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.


Bununla da Azərbaycan OPEC kvotasını 83,65 % istifadə edib.


Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri