Latviya və Finlandiyanın sabiq prezidentlərinin Azərbaycana səfəri başlayıb
- 02.09.2013, 12:54,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi High Level Meeting for the Shared Societies Forumunda iştirak etmək üçün Latviya Respublikasının və Şərqi Avropanın ilk qadın prezidenti (1999-2007) Vaira Vike-Freiberga və Finlandiyanın sabiq prezidenti, BMT-nin Davamlı İnkişaf Panelinin həmsədri, xanım Tarje Halonenin Azərbaycana səfəri başlayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, Mərkəz, Madrid Klubu, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Dünya Elm və Mədəniyyət Akademiyası, Roma Klubunun birgə tərəfdaşlığı ilə keçirilən High Level Meeting müasir dünyanın yeni tələbləri, Minilliyin İnkişaf Proqramı 2015, Dinlərarası anlaşma, Qadınların cəmiyyətdə rolu və Cənubi Qafqaz regionunda konfliktlər mövzusunda qapalı müzakirələr aparılacaq.
Toplantının yekununda qeyd olunan beynəlxalq təşkilatların adından BMT Baş Katibinə və BMT Baş Assambleyasına müraciət olunacaq.
Artıq bu layihə və əsas hədəfi olacaq 2014 Aprel Bakı Forumu dünyanın bir çox ölkəsi, tanınmış siyasi və ictimai xadimləri tərəfindən böyük dəstək alaraq 2015 BMT Baş Assambleyasına hazırlıq üçün ən önəmli toplantı sayılır.