Kral Çarlz Britaniyanın yeni parlamentinin açılış iclasında çıxış edəcək

Kral Çarlz Britaniyanın yeni parlamentinin iyulun 17-də keçiriləcək açılış iclasında çıxış edəcək.


XVI əsrdən başlayan ənənəyə uyğun olaraq Kral Çarlz hökumət tərəfindən hazırlanmış nitqi oxuyacaq.


Kralın Leyboristlər Partiyasının hakimiyyətə qayıdışından sonra nazirlərin yaxın aylarda təqdim etmək niyyətində olduqları 35-ə yaxın qanun layihəsi, işçilərin hüquqları, təhsil, onlayn təhlükəsizlik kimi mövzular haqqında danışacağı gözlənilir.


Kral Çarlz mərasimdə iştirak etmək üçün qızıl faytonla Bukingem sarayından parlament binalarına doğru yola düşəcək. Çıxış parlamentin Lordlar Palatasında olacaq. Kralın çıxışı başa çatdıqdan sonra İcmalar Palatasında parlamentin yeni iclası başlayacaq.



Trend

Şərhlər
Dünya bölməsinin xəbərləri