Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib



Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib.


Bunu Gürcüstan Dəmir Yollarının baş direktoru David Peradze Çin Xalq Respublikasının dövlət şirkətinin nümayəndə heyətini qəbul edərkən deyib.


Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib. Məqsəd Orta Dəhliz üzrə Çindən konteyner daşımalarının səmərəli əlaqələndirilməsi, tariflərin şəffaflığı və sabit sistemin yaradılmasıdır.


Qeyd edək ki, iyulun 15-də sözügedən məsələ ətrafında müzakirələr “Azərbaycan Dəmir Yolları”nın sədri Rövşən Rüstəmovla “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyəti arasında aparılıb.




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri