ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verib

ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl başçılıq etdiyi qurumun ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsdin qarşısını ala bilməməsinə görə istefa verib.


Bu barədə CNBC məlumat yayıb.


Daha əvvəl Kimberli Çitl Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən dinləmələrdə sui-qəsdi Məxfi Xidmətin “böyük uğursuzluğu” adlandırıb və bunun qarşısını almağın mümkün olduğunu etiraf edib. Dinləmələrdə iştirak edən bəzi qanunvericilər açıq şəkildə onu istefa verməyə çağırıblar.

Şərhlər
Dünya bölməsinin xəbərləri