Nigar Alimova: "Sənədsiz evlərlə bağlı problemlərin həlli istiqamətində çalışırıq"

Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüququ aktın qəbulu nəzərdə tutulub.


Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var: "Bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sənədsiz evlərlə bağlı problem daim olub və biz bunun həlli istiqamətində çalışırıq".




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri