Bakıda bir qardaşı qətlə yetirib, digərini yaralayan şəxslər həbs olunub
- 02.09.2013, 13:05,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda maşınla yol verməmək üstündə bir qardaşı öldürüb, digərini yaralayan şəxslər həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 31-də Binəqədi qəsəbəsi I Mədən küçəsində Qazax rayon sakinləri Yaşar Dərgahquliyev və qardaşı Vüqar aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıblar. Y. Dərgahquliyev yolda dünyasını dəyişib. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin gün saat 00:45 radələrində, I Mədən küçəsində qəsəbə sakinləri Valeh Əsədullayev və Elvin Mikayılov Vüqar və Yaşar Dərgahquliyevə bıçaqla xəsarət yetirib, daha sonra V. Əsədullayevə məxsus «VAZ-2121» markalı avtomobillə hadisə yerini tərk ediblər. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində onlar tutulublar.
Polisdən həmçinin bildirilib ki, hadisəyə səbəb qardaşların maşınla Elvin Mikayılova yol verməmələri səbəb olub.