"Flame Towers" dünyanın ən möhtəşəm memarlıq nümunələri sırasında
- 30.04.2013, 10:49,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının mənzərəsinə yenilik gətirən və artıq onun simvoluna çevrilmiş "Flame Towers" qalaları MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyasının qalibi elan edilib. Sözü gedən müsabiqə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsidir.
Baku White City-dən verilən məlumata görə, yeniləşən Bakıda ucaldılan memarlıq komplekslərinin beynəlxalq səviyyədə ilk uğuru deyil.
Heydər Əliyev Mədəniyyət Mərkəzinin layihəsi hələ həyata keçirilməsindən öncə böyük maraq doğurmuşdu. ABŞ-ın ən nüfuzlu jurnallarından olan "Architectural digest" bu tikilini 2012 ildə dünyanın ən möhtəşəm memarlıq əsərlərinin siyahısına daxil edib. Memarlıq sahəsində çoxsaylı mükafatlarla yanaşı o 2004 ildə Pitsker mükafatına 2009 ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülüb.
Heydər Əliyev Mədəniyyət Mərkəzinin binası şəhərin yeni turizm mərkəzidir. Bununla yanaşı o Bakının intellektual həyatında mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planının” təsdiq edilməsi haqqında Fərmanının çərçivəsində həyata keçirilən Baku White City lahiyəsi beynalxaq səhnədə geniş təqdim edilib və peşəkarlar tərəfindən bəyənilib.
Baku White City Cityscape Global sərgisində “Ən yaxşı Şəhərsalma Lahiyəsi” nominasiyasında mükafata layiq görülüb. Bundan əlavə o “Mərkəzi və Qərbi Asiya gələcəyi üçün ən yaxşı dahiyə” nominasiyasında MIPIM Asia Awards 2011 qalib elan edilib.
Baku White City ofis binası hələ lahiyələndirmə mərhələsində beynəlxalq memarlıq dairələrində məşhurlaşıb və onun namizədliyi “Gələcəyin ən yaxşı lahiyəsi” nominasiyasında irəli sürülüb.
Tikilmə mərhələsində olarkən isə bu bina Kuala-Lumpur şəhərində keçirilən nüfuzlu Asia Pacific Property Awards 2013 sərgisində eyni zamanda iki nominasiyada ən yaxşı memarlıq və ən yaxşı ofis binası nominasiyalarında mükafata layiq görülüb.