Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb

Fransada istintaq hakimi “Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.


Bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir.


O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.


Eyni zamanda ona Fransa ərazisini tərk etmək qadağan edilib.

Şərhlər
Dünya bölməsinin xəbərləri