UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.


Live.az-ın məlumatına görə, "köhlən atlar" Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", Yunanıstanın "Olimpiakos", İsveçin "Malmö", Norveçin "Budyo Qlimt", Rumıniyanın FCSB və İsveçin "Elfsborq" komandaları ilə üz-üzə gələcək.


Azərbaycan təmsilçisi "Ayaks", "Lion", "Malmö" və FCSB ilə Bakıda, digər komandalarla səfərdə oynayacaq.


Qeyd edək ki, Liqa mərhələsində 36 klub çıxış edəcək. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərdə qərarlaşanlar isə pley-offa yüksələcəklər. Digər 12 iştirakçı çıxışını başa vuracaq. I turun oyunları sentyabrın 25-26-da baş tutacaq.




Şərhlər
İdman bölməsinin xəbərləri