Kamala Harris debatda Trampı üstələyib



ABŞ prezidentliyinə demokratlar partiyasından namizəd Kamala Harris seçki yarışında əsas rəqibi respublikaçı Donald Trampla debatda üstün olub.


Bunu CNN telekanalının sorğusunun nəticələri sübut edib.


Belə ki, izləyicilərin 44 %-i K.Harrisin onların problemlərini daha yaxşı başa düşdüyünə inanır. D.Tramp izləyicilərin 40 %-nin dəstəyini qazanıb.


Eyni zamanda debatın əksər tamaşaçıları iqtisadi məsələlərdə Trampa üstünlük verib. Bu baxımdan Trampın fikirlərini sorğu iştirakçılarının 55 %-i dəstəkləyib, Harrisin siyasəti isə cəmi 35 %-ə yaxın olub.


Eyni zamanda respondentlərin 82 %-i son debatdan sonra seçimini bu və ya digər namizədin xeyrinə dəyişməyəcəklərini bildiriblər. Daha 14 % vurğulayıb ki, debat onları öz fikirlərini yenidən nəzərdən keçirməyə vadar edib, lakin sonda onların seçki yarışında iki rəqibdən birinə dəstək vermələrinə əsaslı təsir göstərməyib. Öz növbəsində sorğu iştirakçılarının 4 %-i debatdan sonra başqa namizədə səs verəcəklərini bildiriblər.


CNN sorğusu mətn mesajları göndərməklə aparılıb. Qeydiyyata alınmış seçicilər arasından 605 debat tamaşaçısı iştirak edib.

Şərhlər
Dünya bölməsinin xəbərləri