MSK növbədənkənar parlament seçkilərinə yekun vurub

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.


LIVE.az xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.


MSK üzvləri daha sonra yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxıblar.


Bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.


Qeyd edilib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər.


Vurğulanıb ki, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.


Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar.


İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.


Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.


Qeyd edək ki, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.


MSK-nın yekun protokoluna əsasən, seçki dairələri üzrə deputat seçilmiş şəxslər aşağıdakılardır:


1 saylı Şərur-Sədərək Seçki Dairəsi — Əsgərov Ziyafət Abbas oğlu


2 saylı Şərur-Kəngərli Seçki Dairəsi — Novruzov Siyavuş Dünyamalı oğlu


3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi — Möhbalıyev Səttar Suliddin oğlu


4 saylı Naxçıvan şəhər Seçki Dairəsi — İbrahimov Eldar Rza oğlu


5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi — Həmzəyeva Ülviyyə Tapdıq qızı


6 saylı Ordubad-Culfa Seçki Dairəsi — Rəhimzadə Vüqar Gəncəli oğlu


7 saylı Səbail Seçki Dairəsi — Arpadarai Nigar Cavid qızı


8 saylı Binəqədi birinci Seçki Dairəsi — Quliyev Azay Əjdər oğlu


9 saylı Binəqədi ikinci Seçki Dairəsi — Qafarov Kəmaləddin Nəsrəddin oğlu


10 saylı Binəqədi üçüncü Seçki Dairəsi — Musayev Elşad Nəbi oğlu


11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsi — Xasayeva Səbinə Səməd qızı


12 saylı Xəzər birinci Seçki Dairəsi — Məmmədov Soltan Teymur oğlu


13 saylı Xəzər ikinci Seçki Dairəsi — Paşayeva Gülşən Məmmədəli qızı


14 saylı Xəzər-Pirallahı Seçki Dairəsi — Əfəndiyeva Günay Elçin qızı


15 saylı Yasamal birinci Seçki Dairəsi — Quliyev Ülvi Zahid oğlu


16 saylı Yasamal ikinci Seçki Dairəsi — Qədirli Erkin Toğrul oğlu


17 saylı Yasamal üçüncü Seçki Dairəsi — Qəhrəmanov Göydəniz İbrahim oğlu


18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsi — Musabəyov Rasim Nəsrəddin oğlu


19 saylı Nərimanov birinci Seçki Dairəsi — Məmmədov Hikmət Baba oğlu


20 saylı Nərimanov ikinci Seçki Dairəsi — Vəliyev Samir Əhməd oğlu


21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsi — İbrahimqızı Məlahət İbrahim qızı


22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi — Mollazadə Asim Nazim oğlu


23 saylı Nəsimi-Səbail Seçki Dairəsi — Səmədzadə Ziyad Əliabbas oğlu


24 saylı Nizami birinci Seçki Dairəsi — Nurullayeva Könül Oruc qızı


25 saylı Nizami ikinci Seçki Dairəsi — Əhmədov Əli Cavad oğlu


26 saylı Sabunçu birinci Seçki Dairəsi — Mustafa Fazil Qəzənfər oğlu


27 saylı Sabunçu ikinci Seçki Dairəsi — Əlizadə Arzuxan Baxşəli oğlu


28 saylı Sabunçu üçüncü Seçki Dairəsi — Quliyev Eldar Allahyar oğlu


29 saylı Sabunçu dördüncü Seçki Dairəsi — Allahverənov Azər Kərim oğlu


30 saylı Suraxanı birinci Seçki Dairəsi — Fətəliyeva Sevinc Həbib qızı


31 saylı Suraxanı ikinci Seçki Dairəsi — Məmmədov Qaya Məmməd oğlu


32 saylı Suraxanı üçüncü Seçki Dairəsi — Həsənova Afət Əbil qızı


33 saylı Xətai birinci Seçki Dairəsi — Oruc Zahid Məhərrəm oğlu


34 saylı Xətai ikinci Seçki Dairəsi — Zabelin Mixail Yuryeviç


35 saylı Xətai üçüncü Seçki Dairəsi — Vəliyeva Pərvanə Bulud qızı


36 saylı Xətai-Suraxanı Seçki Dairəsi — Həsənquliyev Qüdrət Müzəffər oğlu


37 saylı Qaradağ Seçki Dairəsi — Hüseynov Aydın Nəsir oğlu


38 saylı Gəncə birinci Seçki Dairəsi — Həmzəyev Naqif Ələşrəf oğlu


39 saylı Gəncə ikinci Seçki Dairəsi — Kərimzadə Pərvin Orxan qızı


40 saylı Gəncə üçüncü Seçki Dairəsi — Quliyev Musa İsa oğlu


41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsi — Cəfərov Müşfiq Cəfər oğlu


42 saylı Sumqayıt birinci Seçki Dairəsi — Hüseynova Hicran Kamran qızı


43 saylı Sumqayıt ikinci Seçki Dairəsi — Mirkişili Tahir Famil oğlu


44 saylı Sumqayıt üçüncü Seçki Dairəsi — Vəliyeva Mehriban Hidayət qızı


45 saylı Sumqayıt dördüncü Seçki Dairəsi — Salmanova Səbinə Qədir qızı


46 saylı Sumqayıt beşinci Seçki Dairəsi — Akimova Elnarə Şeydulla qızı


47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi — Şükürov Zaur Ramiz oğlu


48 saylı Abşeron birinci Seçki Dairəsi — Məmmədova Nigar Fikrət qızı


49 saylı Abşeron ikinci Seçki Dairəsi — Nəbiyev Rizvan Novruz oğlu


50 saylı Abşeron üçüncü Seçki Dairəsi — Namazov Ramid Zakir oğlu


51 saylı Şirvan Seçki Dairəsi — Əsədov Heydər Xanış oğlu


52 saylı Yevlax Seçki Dairəsi — Məmmədov İlham Kazım oğlu


53 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi — Hüseynli Əli Məhəmməd oğlu


54 saylı Mingəçevir Seçki Dairəsi — Mirzəzadə Aydın Böyükkişi oğlu


55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi — Məmmədli Müşfiq Fazil oğlu


56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi — Süleymanlı Mahir Tahir oğlu


57 saylı Xaçmaz şəhər Seçki Dairəsi — Vəliyev Ağalar İsrafil oğlu


58 saylı Xaçmaz kənd Seçki Dairəsi — Mikayılova Sevil Əlirazi qızı


59 saylı Quba Seçki Dairəsi — Məhərrəmzadə Əlibala Səttar oğlu


60 saylı Quba - Qusar Seçki Dairəsi — Rəfailov Anatoliy Xaimoviç oğlu


61 saylı Qusar Seçki Dairəsi — Badamov Azər Camal oğlu


62 saylı Kürdəmir Seçki Dairəsi — Ağazadə Əminə Həmid qızı


63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi — Hüseynov Rəfael Baba oğlu


64 saylı Salyan Seçki Dairəsi — Qurbanov Sadiq Haqverdi oğlu


65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi — Ağamalı Günay Fəzail qızı


66 saylı Saatlı Seçki Dairəsi — Ələkbərov Əziz Yusif oğlu


67 saylı Sabirabad Seçki Dairəsi — Əmiraslanov Əhliman Tapdıq oğlu


68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi — Cəfərov Kamal Xəqani oğlu


69 saylı Biləsuvar Seçki Dairəsi — Məhərrəmov Bəhruz Əbdürrəhman oğlu


70 saylı Neftçala Seçki Dairəsi — Rüstəmxanlı Tənzilə Yolçu qızı


71 saylı Cəlilabad şəhər Seçki Dairəsi — Həsənov Malik Əvəz oğlu


72 saylı Cəlilabad kənd Seçki Dairəsi — Nəsirov Elman Xudam oğlu


73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi — İbrahimli Fəzail Feyruz oğlu


74 saylı Masallı Seçki Dairəsi — Məmmədov Məşhur Şahbaz oğlu


75 saylı Yardımlı-Masallı Seçki Dairəsi — Qasımlı Musa Cəfər oğlu


76 saylı Lənkəran-Masallı Seçki Dairəsi — Paşazadə Cavanşir Himmət oğlu


77 saylı Lənkəran şəhər Seçki Dairəsi — İsmayılzadə Fariz Akif oğlu


78 saylı Lənkəran kənd Seçki Dairəsi — İskəndərov Anar Camal oğlu


79 saylı Astara Seçki Dairəsi — Mahmudov Rəşad Məmmədqulu oğlu


80 saylı Lerik-Astara Seçki Dairəsi — Qafarov Vasif Vaqif oğlu


81 saylı İmişli Seçki Dairəsi — Nurullayev Razi Qulaməli oğlu


82 saylı İmişli-Saatlı Seçki Dairəsi — Salahlı Səyyad Adil oğlu


83 saylı Beyləqan Seçki Dairəsi — İsmayılov Şahin Əmir oğlu


84 saylı Füzuli Seçki Dairəsi — Bayramov Vüqar İbad oğlu


85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsi — Abbasov Aqil Məhəmməd oğlu


86 saylı Ağcabədi Seçki Dairəsi — Rzayev Tahir Musa oğlu


87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsi — Seyidzadə Şahin Kamil oğlu


88 saylı Şamaxı Seçki Dairəsi — Cəfərova Tamam Şaməmməd qızı


89 saylı İsmayıllı Seçki Dairəsi — Aslanov Novruzəli Davud oğlu


90 saylı Ağsu Seçki Dairəsi — Mirzəbəyli Elçin Əbdülrəhim oğlu


91 saylı Göyçay Seçki Dairəsi — Hacıyev Sabir Kamil oğlu


92 saylı Göyçay-Ağdaş Seçki Dairəsi — Əfəndiyev Məzahir Cavid oğlu


93 saylı Ağdaş Seçki Dairəsi — Alıyev Sahib Eyvaz oğlu


94 saylı Ucar Seçki Dairəsi — Həsən Ramil Sahib oğlu


95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsi — Əliyeva Jalə Fazil qızı


96 saylı Goranboy-Naftalan Seçki Dairəsi — Bədəlov Bədəl Şamil oğlu


97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi — Məmmədov Anar İlyas oğlu


98 saylı Bərdə-Tərtər Seçki Dairəsi — Fətiyev Xanlar Nuru oğlu


99 saylı Bərdə Seçki Dairəsi — Yıldırım Fatma Vidadi qızı


100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi — Bayramov Kamran Fərhad oğlu


101 saylı Samux-Şəmkir Seçki Dairəsi — Qurbanlı Mübariz Qəhrəman oğlu


102 saylı Şəmkir şəhər Seçki Dairəsi — Qafarova Sahibə Əli qızı


103 saylı Şəmkir kənd Seçki Dairəsi — Həsənov Nurlan Urfan oğlu


104 saylı Gədəbəy Seçki Dairəsi — Hüseynova Sevinc Əmirəhməd qızı


105 saylı Tovuz-Gədəbəy Seçki Dairəsi — Nağıyev Arzu Nəsib oğlu


106 saylı Tovuz Seçki Dairəsi — Səfərov Nizami Abdulla oğlu


107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi — Ağayeva Ülviyyə Cavanşir qızı


108 saylı Ağstafa Seçki Dairəsi — Əmiraslanov Azər Kamal oğlu


109 saylı Qazax Seçki Dairəsi — Seyidov Səməd İsmayıl oğlu


110 saylı Balakən Seçki Dairəsi — Məhəməliyev Nəsib Məhəməli oğlu


111 saylı Zaqatala-Balakən Seçki Dairəsi — Kərimli Azər Şəmşid oğlu


112 saylı Zaqatala Seçki Dairəsi — Əsgərov Asif Yunis oğlu


113 saylı Qax-Şəki Seçki Dairəsi — Məsimli Əli Əhməd oğlu


114 saylı Şəki şəhər Seçki Dairəsi — İskəndərov Vüqar Yapon oğlu


115 saylı Şəki kənd Seçki Dairəsi — Feyziyev Cavanşir Əyyub oğlu


116 saylı Qəbələ Seçki Dairəsi — Musayev Elşən Məmmədhənifə oğlu


117 saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsi — Qurbanov Eyvaz Daşdəmir oğlu


118 saylı Ağdam-Xocalı Seçki Dairəsi — Məmmədov Elman Camal oğlu


119 saylı Ağdam Seçki Dairəsi — Əliyev Bəxtiyar Həmzə oğlu


120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi — Məmmədov Ceyhun Valeh oğlu


121 saylı Laçın Seçki Dairəsi — Muradov Rövşən Şahbaz oğlu


122 saylı Xankəndi Seçki Dairəsi — Gəncəliyev Tural Babaşah oğlu


123 saylı Kəlbəcər Seçki Dairəsi — Qasımlı Mircəlil Xəqani oğlu


124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi — Bülbüloğlu Polad Murtuza oğlu


125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi — İsmayılov İmamverdi İbiş oğlu

Şərhlər
Siyasət bölməsinin xəbərləri