UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun görüşlərinə yekun vurulub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun oyunlarına baş tutan 4 qarşılaşma ilə yekun vurulub.


Səfərdə "Atalanta" (İtaliya) ilə qarşılaşan "Arsenal" (İngiltərə) qolsuz heç-heçəyə razılaşıb.


Digər üç görüşdə isə meydan sahibləri rəqiblərinə 2:1 hesabı ilə qalib gəlib gəliblər.


"Monako" (Fransa) "Barselona"nı (İspaniya), "Atletiko" (Madrid, İspaniya) "Leypsiq"i (Almaniya), "Brest" (Fransa) isə "Şturm"u (Avstriya) üstələyib.


UEFA Çempionlar Liqası


Liqa mərhələsi


I tur


19 sentyabr


"Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya) 1:2

"Feyenoord" (Niderland) - "Bayer 04" (Almaniya) 0:4

"Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə) 0:0

"Atletiko" (Madrid, İspaniya) - "Leypsiq" (Almaniya) 2:1

"Monako" (Fransa) - "Barselona" (İspaniya) 2:1

"Brest" (Fransa) - "Şturm (Avstriya) 2:1


Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyunları oktyabrın 1-də başlayacaq.

Şərhlər
İdman bölməsinin xəbərləri