“Gold Apollo” peycer şirkətinin rəhbəri dindirilməyə çağırılıb




Tayvanın peycer istehsal edən "Gold Apollo" şirkətinin rəhbəri Xu Qingguang Livanda 12 nəfərin ölümünə səbəb olan cihazların partlaması ilə bağlı dindirilməyə çağırılıb.


Bu barədə “TVBS” telekanalı məlumat yayıb.


Onun hələlik iş üzrə şahid qismində iştirak etdiyi bildirilir.


Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda çoxlu sayda rabitə cihazlarında partlayışlar baş verib. Ölkənin müxtəlif yerlərində telefonlar, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayıb.

Şərhlər
Dünya bölməsinin xəbərləri