“Wildberries”in ofisi yaxınlığında baş verən atışma ilə bağlı 10 nəfər həbs edilib

Moskva məhkəməsi paytaxtın mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş verən atışma ilə bağlı 10 nəfəri həbs edib.


Bu barədə TASS məlumat yayıb.


Hadisə sentyabrın 18-də baş verib.


Rusiya Federasiyasının İstintaq Komitəsi atışma nəticəsində iki nəfərin öldüyünü, daha yeddi nəfərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarının yaralandığını bildirib.

Şərhlər
Dünya bölməsinin xəbərləri