Teleqramın qaydalarını pozan şəxslərin İP ünvanları və telefon nömrələri hakimiyyət orqanlarının əsaslandırılmış sorğularına cavab olaraq açıqlana bilər.
Bunu teleqramın yaradıcısı Pavel Durov deyib.
Onun sözlərinə görə, teleqram məxfilik siyasətini yeniləyib.
P.Durov həmçinin qeyd edib ki, mütəxəssislər mesencerdə "qeyri-qanuni malların" satışı üçün sui-istifadə edilən axtarışı daha təhlükəsiz ediblər.
"Report"