Təbii fəlakətlərin qarşısını almaq mümkün olmasa da, onların vurduğu zərəri minimuma endirmək olar və bunun üçün ölkələr bir sıra tədbirlər görməlidirlər.
Bunu Böyük Britaniyanın Hesablama Palatasının auditoru Reyçel Fen Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.
Onun sözlərinə görə, həmin tədbirlərdən biri fəlakətlərin erkən xəbərdarlıq sistemlərinin qurulması ola bilər: "Zəlzələ, daşqın, vulkan püskürməsi və digər təbii fəlakətlər üçün erkən xəbərdarlıq sistemləri sayəsində insanlar vaxtında məlumatlandırıla bilər və zərər minimuma endirilə bilər. Binalar, yollar, körpülər və digər tikililər fəlakətlərə qarşı davamlı olmalıdır. Məsələn, zəlzələ riski olan bölgələrdə binaların xüsusi qaydalarla tikilməsi vacibdir. Ölkələr təbii fəlakətlər zamanı hansı addımların atılacağını əvvəlcədən planlaşdırmalıdır. Bu, insanların təhlükəsizliyini təmin etmək və evakuasiya prosesini asanlaşdırmaq üçün önəmlidir".
Report