İsrailin kəşfiyyat xidməti “Mossad” Livanın “Hizbullah” hərəkatının rabitə cihazlarını partlatmaq əməliyyatını iki ildən çox planlaşdırıb.
Bu barədə “The Washington Post” qəzeti Amerika, İsrail və Yaxın Şərq mənbələrinə istinadən məlumat yayıb.
Eyni zamanda, ilk minalanmış ratsiyalar Livanda hələ 2015-ci ildə peyda olub.
WP-nin yazdığına görə, “Hizbullah” bir neçə il ərzində böyük batareyalı, gizli partlayıcı və dinləmə sistemi olan ratsiyaları istifadə edib. Güman edilirdi ki, ratsiyalar “gələcək böhran zamanı” partladıla bilər. Daha sonra “Mossad” bu məqsədlər üçün güclü partlayıcı ilə təchiz edilmiş daha kompakt peycerlərdən istifadə etməyi qərara alıb.
WP mənbələrinin məlumatına görə, bu ideya 2022-ci ildə yaranıb. “Hizbullah” İsrail və ya onun müttəfiqlərindən cihazlar almayacağı üçün “Mossad” maskalama kimi Tayvanın “Apollo” brendindən istifadə etməyi qərara alıb. İstehsal üçün autsorsinqə verilən peycerlər “Mossad”ın nəzarəti altında İsraildə istehsal edilib, lakin “Apollo” bundan xəbərsiz olub.
Qəzetin yazdığına görə, hücum günü “Hizbullah” üzvlərinin peycerlərinə “şifrələnmiş mesaj” gəlib və onu görmək üçün iki düyməni basmaq lazım idi – bununla “Mossad”, döyüşçülərin hər iki əlinin yaralanmasına nail olmaq istəyirdi. WP-nin həmsöhbətlərinin sözlərinə görə, bir neçə yüksəkvəzifəli məmur “Mossad”ın əməliyyatı barədə sentyabrın 12-də – hücumdan bir neçə gün əvvəl xəbər tutub.
Report