ABŞ-ın keçmiş prezidenti Barak Obama oktyabrın 10-da prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyasına qoşulacaq.
Bu barədə ABC News mənbəyə istinadən məlumat yayıb.
“Obama gələn cümə axşamından başlayaraq vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Valzın seçki kampaniyasında iştirak edəcək”.
Mənbə qeyd edib ki, Barak Obamanın mühüm ştatlarında çıxışı planlaşdırılır.
Report