Uinston Çörçillin avtomobili rekord qiymətə satıldı
- 30.04.2013, 10:54,
- Maraqlı
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniyanın sabiq baş naziri Uiston Çörçillin istifadə etdiyi nadir avtomobil Almaniyada hərracda 470 min avroya satılıb.
Vintaj üslubuna malik olan "Daimler DB 18 Drophead Coupe" avtomobili bu kateqoriyada indiyədək qalan yeganə avtomobildir. Hərrac təşkilatçısının sözlərinə görə, bu avtomobildən cəmi 8 ədəd istehsal edilib. Uinston Çörçill bu avtomobildən 1944-1949-cu illərdə seçki kampaniyaları zamanı istifadə edib.
Qeyd edək ki, 470 min avroya satılan avtomobil hərraca çıxarılmazdan əvvəl onun bərpasına 200 min avrodan çox vəsait xərclənib. Qeyd edək ki, hərrac "eBay"də təşkil olunub və 53 iddiaçı arasından qalib olan yeni sahibin ingiltərəli olduğu, Çörçillə məxsus avtomobilin yenidən İngiltərəyə göndəriləcəyi bildirilir.
Associated Press