Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan bəri böyük inkişafa nail olub.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olub. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!”, – o bildirib.
Report