ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə gələrək hazırkı prezident Cozef Baydenlə görüşüb.
LIVE.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
İlkin məlumata görə, onlar hakimiyyətin dinc yolla ötürülməsinin zəruriliyi barədə razılığa gəliblər.
“Deyildiyi kimi, hakimiyyətin dinc yolla ötürülməsinə sadiqik. İstəklərinizi yerinə yetirmək üçün hər şeyi edəcəyik”, - Bayden deyib.
Onlar Vaşinqtonda qarşıdan gələn hakimiyyət dəyişikliyi ilə bağlı işlərin təhvil-təslimi məsələlərini müzakirə edirlər.
“Siyasət çətin işdir. Səlahiyyətlətin rəvan ötürülməsini yüksək qiymətləndirirəm. O, mümkün olduğu qədər rəvan olacaq”, - Tramp deyib.
Qeyd edək ki, 2016-cı il seçkilərindən sonra artıq ABŞ Prezidenti vəzifəsini icra etmiş Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıtmağı bacaran ilk ABŞ siyasətçisi olub. Respublikaçı Trampın inauqurasiyası gələn il yanvarın 20-də keçiriləcək.