Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard ABŞ dolları təşkil edib ki, bu da əmtəə və xidmətlərin 35,5 aylıq (təxminən 3 illik) idxalını maliyyələşdirmək üçün kifayətdir.
Live.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları 7,3 % artıb.
AMB-nin məlumatına görə, hazırda valyuta ehtiyatları manatla pul kütləsi göstəricisindən (M2 pul aqreqatı) 3,5 dəfə çoxdur.