KİV: Cənubi Koreya Prezidentinin impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb

Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb.


Bu barədə “Yonhap” informasiya agentliyi məlumat yayıb.


Agentlik qeyd edib ki, Cənubi Koreya müxalifəti prezidentə impiçment elan etmək üçün parlamentin 300 deputatından ən azı 200-nün dəstəyini almalı idi. Eyni zamanda prezidentyönümlü hakim partiya parlamentdə 108 səsə malikdir və onlardan yalnız üç nümayəndə səsverməyə qatılıb.


Xatırladaq ki, daha əvvəl Koreya Respublikasının altı müxalifət partiyası Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı təklif irəli sürüb.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri