Suriyada yenidən ayağa qalxan, Əsəd rejiminə qarşı olan müxalif “Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd əl-Qolani hadisələrdən sonra ilk dəfə danışıb.
O, CNN-ə eksklüziv müsahibə verib.
Qolani özünü əsl adı Əhməd əl-Şaraa ilə təqdim edib.
“İnqilabın məqsədi bu rejimin devrilməsi olaraq qalır. Məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək hüququmuz var”, - silahlı qruplaşmanın lideri deyib.
O bildirib ki, Suriyada institutlara əsaslanan hökumət və xalq tərəfindən seçilən “şura” yaratmaq planları var.
“Rejimin məğlubiyyətinin toxumları həmişə onun içində olub. Amma həqiqət odur ki, bu rejim ölüb”, - Qolani deyib.
Qolani vurğulayıb ki, Dəməşq hökuməti yıxılandan sonra bütün əcnəbi qoşunlar Suriya ərazisini tərk etməli olacaq, çünki buna artıq ehtiyac qalmayacaq.
Qeyd edək ki, bir müddət əvvəl Suriya müxalifətinin liderinin öldüyü ilə bağlı məlumatlar yayılmışdı.
“Qafqazinfo”