ABŞ prezidenti Cozef Bayden Suriyadakı hadisələri diqqətlə izləyir.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett “X” hesabında yazıb.
“Prezident Bayden və komandası Suriyada baş verən fövqəladə hadisələri diqqətlə izləyir və regiondakı tərəfdaşları ilə daim təmasdadır”, - deyə o bildirib.
Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, ölkənin Baş naziri hakimiyyəti təhvil verməyə hazır olduğunu bəyan edib.