Ukrayna Prezidenti Volodimir Zelenski indiyədək müharibədə 43 min hərbçinin həlak olduğunu açıqlayıb.
Bu barədə dövlət başçısı teleqramda bildirib.
Eyni zamanda, o, 370 min yaralıya yardım göstərildiyini deyib. Zelenskinin sözlərinə görə, yaralıların 50 %-i xidmətə qayıdır.
“Rusiya ordusu ilə Ukrayna Müdafiə Qüvvələri arasındakı əsas fərqlərdən biri cəbhədəki səhiyyənin inkişaf səviyyəsidir ki, bu da bizim ordumuzda əhəmiyyətli dərəcədə yüksəkdir”, – Prezident bildirib.
O qeyd edib ki, 2024-cü ilin sentyabrından Rusiya “döyüş meydanında bizə qarşı 5 və hətta 6-ya 1 nisbətində insan itirir”. İndi Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralı.
Report