KİV: Suriyanın keçid hökumətinə Riyad Hicab rəhbərlik edəcək

Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.


Bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.


Məlumata görə, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri olub. Bundan əvvəl o, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifələrini tutub.


R.Hicab 2012-ci il avqustun 6-da istefaya göndərilib, bundan sonra ailəsi ilə birlikdə İordaniyaya köçüb.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri