Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib


Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.


Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri kimi müəyyən edilib.


Həmin günlər iş günü hesab edilmir.

Şərhlər
Sosial bölməsinin xəbərləri