UEFA Çempionlar Liqasında VI tura start verilib.
Turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
İngiltərənin “Liverpul” klubu səfərdə “Jirona”nın (İspaniya) öhdəsindən gəlib. “İnter” (İtaliya) isə Almaniyadan xalsız qayıdıb.
İspaniya təmsilçisi “Real” İtaliyada “Atalanta” ilə oyunda çətin qələbə qazanıb.
Liqa mərhələsində turnir cədvəlinə 18 xalla "Liverpul" başçılıq edir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
10 dekabr
“Dinamo” (Xorvatiya) – “Seltik” (Şotlandiya) 0:0
“Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə) 0:1
“Leyptsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə) 2:3
“Bayer 04” (Almaniya) – “İnter” (İtaliya) 1:0
“Atalanta” (İtaliya) – “Real” (İspaniya) 2:3
“Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya) 2:1
“Şaxtyor” (Ukrayna) – “Bavariya” (Almaniya) 1:5
“Zaltsburq” (Avstriya) – PSJ (Fransa) 0:3
“Brest” (Fransa) – PSV (Niderland) 1:0
Qeyd edək ki, turun digər oyunları dekabrın 11-də keçiriləcək.